Kubarsi universitetə hazırlaşmağı üstün tutdu
Pau Kubarsi məktəbi bitirdi, indi isə universitet imtahanlarına hazırlaşır.
90plus.az xəbər verir ki, “Barselona”nın gənc müdafiəçisi Pau Kubarsi məktəbi uğurla bitirib. 18 yaşlı futbolçu final imtahanlarını uğurla verərək orta təhsilini başa vurub.
Kubarsinin məktəb imtahanları Çempionlar Liqasının yarımfinal oyunları ilə eyni dövrə təsadüf edib. Lakin o, sıx oyun qrafikinə baxmayaraq, dərslərinə ciddi yanaşıb və nəticədə yüksək nəticələr əldə edib.
İspaniyalı futbolçu indi daha bir mühüm mərhələyə – universitetə qəbul imtahanlarına hazırlaşır. Yay fasiləsində bu imtahanlara fokuslanmaq üçün Kubarsi İspaniyanın U-21 yığmasının heyətində Avropa çempionatına qatılmayacaq.
Buna baxmayaraq, o, yayda Millətlər Liqasında İspaniyanın əsas yığmasında çıxış edəcək. Bu turnirdən sonra isə diqqətini tam şəkildə təhsilinə yönəldəcək.
Qeyd: Pau Kubarsi bu mövsüm “Barselona”nın heyətində 56 oyunda meydana çıxıb və “Qızıl Oğlan” (Golden Boy) mükafatının əsas namizədlərindən biri hesab olunur.
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved