Kurban Berdiyev: "Hakimin qərarı beynimdə sual olaraq qalır"
"Turan"ın bas məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, türkmənistanlı çalışdırıcı komandasının oyunundan razılığını ifadə edib:
"Azarkeşlərimizə təşəkkür edirəm. Hər yerdə onların dəstəyini hiss edirik. İkinci hissədə bəzi futbolçuların yanlış mövqeyi rəqibə bundan istifadə etməyə imkan verdi. “Sabah” bu işi yaxşı bacarır. Bir daha deyirəm ki, göstərdikləri xarakterə görə komandama minnətdaram".
Matçın sonlarında "Turan Tovuz" 3-cü qolu vursa da, baş hakim Əliyar Ağayev qolu saymayıb. K.Berdıyev bu haqda da danışıb: "Yan xətt hakimi topun meydanı tərk etdiyini söylədi. Amma onun bunu necə müəyyənləşdirdiyi sual olaraq qalır. Artıq qərar verilib".
© Copyright 2026, All Rights Reserved