Kurtua Belçika millisindən imtina etdi
Belçika millisində Tibo Kurtua və baş məşqçi Domeniko Tedesko arasında gərginlik davam edir.
90plus.az xəbər verir ki, Tibo Kurtua və Domeniko Tedeskonun arasında buzlar ərimək bilmir. Millinin baş məşqçisi Kurtuanı bu il Avro-2024-ə aparmamışdı. Halbuki, 2 diz zədəsindən sağlam dönən Kurtua ÇL finalında "Real Madrid"i çempion etmişdi.
Kurtua ilə Tedesko Avro-2024-ün seçmələrində Estoniya ilə matçdan əvvəl dalaşdılar və ondan sonra Kurtua Belçika millisində bir də start heyətində matça başlamadı. Bununla bağlı Kurtua instaqramda paylaşım edib:
"O şəxsin başçılığı altında matça çıxmaq istəmirəm. Amma istəmirəm ki, bu hal millidə pis nəticələrə səbəb olsun. Ona görə millinin rəhbərliyi ilə danışmışam. Onlar məni başa düşdülər".
Qeyd: Avro-2024-də Belçikanın qapısını Səudiyyə Ərəbistanı klubu "Əl Qadsiah"da çıxış edən Koen Kastils qorumuşdu.
© Copyright 2026, All Rights Reserved