Lamine Yamal üçün 250 milyon avro təklifi!
"PSJ" Mbappedən sonra "Barselona"nın gənc ulduzu üçün milyonlarla dollar xərcləməyə hazırdır.
90plus.az xəbər verir ki, "PSJ" uzun müddətdir ki, "Barselona"nın gənc istedadı Lamine Yamalla maraqlanır. Onlar bu ilin əvvəlində Yamal üçün "Barselona"ya 200 milyon avro təklif etmişdilər. Lakin klub 16 yaşlı futbolçunu göndərmək istəməyib.
"PSJ" bu yay Lamine Yamalı heyətinə qatmaq üçün 250 milyon avroluq rekord transfer haqqı ödəməyə hazırdır. Əvvəlki təklifləri ilə müqayisədə 50 milyon avro artıq təklif etsələr də, “Barselona”nın Yamalı satmaq fikri yoxdur.
Mənbə: "Mundo Deportivo"
© Copyright 2026, All Rights Reserved