Lautaro Martinez: "Digər hücumçular məndən üstün deyillər"
"Qızıl Top" mükafatının səsverməsində 7-ci yeri tutan "İnter"in hücumçusu Lautaro Martines açıqlama verib.
90plus.az xəbər verir ki, Argentina millisinin üzvü daha yüksək yerlərdə olmalı olduğunu bildirib:
"Erlinq Haaland, Harri Keyn, Kilian Mbappe və Robert Levandovskini qısqanmıram. Mən də onlarla eyni səviyyədəyəm. Məndən üstün deyillər. "Qızıl Top" səsverməsində 7-ci yerdən daha yuxarı pillədə olmağa layiq idim".
Qeyd: Bu il "Qızıl Top" mükafatını "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.
© Copyright 2026, All Rights Reserved