Lempardın “Koventri”si çempionluğu bayram etdi
“Koventri Siti” çempionluğu qeyd etdi – Frenk Lempard komandanı rəsmən Premyer Liqaya çıxartdı.
90plus.az xəbər verir ki,Lempardım rəhbərlik etdiyi “Koventri Siti” Çempionşipdə mövsümün qalibi olub və növbəti mövsüm Premyer Liqada çıxış edəcək.
“Səma maviləri” çempionluğu son tur öncəsi rəsmiləşdirsə də, azarkeşlər qarşısında keçirilən bayram matçında “Rekshem” üzərində 3:1 hesablı inamlı qələbə ilə uğurlarını daha da möhkəmləndirib. Bu nəticə pley-off uğrunda mübarizədə də vəziyyəti xeyli gərginləşdirib.
Matçdan sonra komandaya çempionluq kuboku təqdim olunub. Klub 25 ildən sonra yenidən İngiltərənin ən yüksək liqasına qayıdışını qeyd edib.
Qələbə sevincinə Lempardın həyat yoldaşı Kristine Lempard da qoşulub və cütlük meydanda futbolçularla birlikdə bayram edib.
Komandanın soyunub-geyinmə otağında isə maraqlı anlar yaşanıb. Məşhur dart oyunçusu Stefen Buntinq sürpriz şəkildə komandaya qoşularaq öz çıxış musiqisi və xüsusi geyimi ilə bayramı daha da rəngləndirib.
Futbolçular bayram zamanı Titanium mahnısını birlikdə oxuyaraq çempionluğu qeyd ediblər.
© Copyright 2026, All Rights Reserved