Leroy Sane “Bayern”də qalmayacaq
Bundesliqanı çempion kimi başa vuran və gələn mövsümün heyət planlaşdırmasına başlayan "Bayern Münhen"də gözlənilməz ayrılıq gündəmdədir.
90plus.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Leroy Sane gələcəyi ilə bağlı qərarını verib. Mövsüm sonunda "Bayern Münhen" ilə müqaviləsi başa çatacaq 29 yaşlı futbolçu klubun yeni təklifini qəbul etməyib.
İddialara əsasən, Leroy Sane klubun maaş təklifini kifayət qədər yüksək hesab etməyib və buna görə də onu rədd edib.
Alman ulduzu yaxından izləyən klublardan biri də İstanbulun nəhəng təmsilçisi "Qalatasaray"dır. Sanenin azad agent kimi bazara çıxması "Qalatasaray" üçün mühüm fürsət sayıla bilər.
📰: Sky Sports
Bu mövsüm "Bayern" forması ilə ümumilikdə 44 rəsmi oyunda meydana çıxan Leroy Sane 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved