Levandovski milliyə yeni baş məşqçi istəyir
Avro-2024-də D qrupunu 2 məğlubiyyət və 1 heç-heçə ilə sonuncu pillədə cəmi 1 xalla bitirən Polşa millisinin ulduz hücumçusu Robert Levandovski çıxışlarını dəyərləndirib.
90plus.az xəbər verir ki, Leva növbəti mövsümdə millisində başqa baş məşqçi görmək istədiyini aydın dilə gətirib:
"Gələn mövsümə hazıram, yeni məşqçi ilə yeni mərhələyə hazıram. Keçən mövsüm dincəlməyə vaxtımız yox idi, amma indi mənim yeni mövsümə hazırlaşmağa daha çox vaxtım var.
İspaniya çempion olmağa əsas namizəddir".
Qeyd: Polşa millisinin çalışdırıcısı Mixal Probyerz isə "Sona qədər mübarizə apardıq, yaxşı oyunlarımız oldu. Mən yenə də davam etmək istəyirəm", sözlərini söyləyib.
© Copyright 2026, All Rights Reserved