Levandovski: “Qızıl Top kommersiya xarakterlidir”
Robert Levandovski “Qızıl top” yarışının seçim prosesini tənqid edib və Kriştiano Ronaldonun son şübhələrini dəstəkləyərək, FIFA-nın təqdim etdiyi “The Best” mükafatının “France Football”un mükafatından daha etibarlı olduğunu vurğulayıb.
90plus.az xəbər verir ki, “Barselona”nın hücumçusu BBC-yə açıqlamasında komandasından bir neçə oyunçunun bu il göstərdiyi oyunlara görə mükafata layiq olduğunu deyib:
“Barselonadan tanınmağa layiq güclü namizədlər var”, – deyə polşalı forvard bildirib.
Levandovski həmçinin fərdi mükafatların hansının daha dəyərli olduğunu da sual altına alıb:
“Bilmirəm, hansı daha vacibdir – FIFA-nın “The Best” mükafatı ki, daha ədalətlidir, yoxsa “Qızıl top” ki, daha çox kommersiya xarakteri daşıyır”.
O, həmçinin 2020-ci ildə əldən qaçırdığı fürsətə də toxunub. Həmin vaxt pandemiya səbəbindən “Qızıl top” təqdim olunmamışdı, halbuki o, “Bayern” ilə üçlü qazanmış, sonradan isə altılığa imza atmışdı.
“Heç kim bunu anlamır… amma bu, həm futbolun, həm də siyasətin bir hissəsidir”, – deyə Levandovski gülümsəyərək əlavə edib.
© Copyright 2026, All Rights Reserved