Levandovskidən "Barselona" azarkeşlərinə şad xəbər
"Barselona"nın futbolçusu Robert Levandovskinin vəziyyəti məlum olub.
90plus.az xəbər verir ki, polşalı forvard artıq zədəsini sağaldıb və Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçiriləcək cavab oyununa çıxmağa hazırdır. Kataloniya təmsilçisinin digər oyunçusu Alexandro Balde ilə bağlı isə hələlik dəqiq bilgi yoxdur.
Qeyd: Qarşılaşma mayın 6-da, Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq. Komandalar arasında ilk oyun 3:3 hesabı ilə başa çatmışdı.
© Copyright 2026, All Rights Reserved