“Lion” borca görə 2-ci liqaya yuvarlandı
RƏSMİ: “Lion” Liqa 2-yə düşdü – 500 milyon avro borc fransız nəhəngini çökdürdü!
90plus.az xəbər verir ki, Fransanın tarixi futbol klublarından olan “Lion” (OL) 2025/26 mövsümündə Liqa 1-də iştirak etməyəcək. Klubun böyük borcu səbəbilə Liqa 2-yə göndərilməsi rəsmiləşib.
Fransa Peşəkar Futbol Liqasının maliyyə nəzarət orqanı “Lion”un 500 milyon avronu aşan borc yükü ilə bağlı qərarını verib. Klub rəhbərliyi son aylarda borcun azaldılması üçün bir sıra “maliyyə qolları” aktivləşdirsə də – o cümlədən klub sahibinin “Kristal Pelas”dakı paylarını və “Lion”un qadın komandasını satması – bu cəhdlər yetərli sayılmayıb.
“Lion”un sahibi Con Textor vəziyyətin yaxşılığa doğru getdiyini iddia etsə də, qurum buna inanmayıb. Onun açıqlamasında deyilirdi:
“Səhmdarlarımızın verdiyi maliyyə dəstəyi və yeni kapital yatırımları sayəsində likvidlik vəziyyətimiz xeyli yaxşılaşıb. Üstəlik, UEFA lisenziyası üçün də ciddi addımlar atmışıq.”
Bu qərar qüvvədə qalarsa, “Lion” növbəti mövsüm Liqa 2-də mübarizə aparacaq. Klub apellyasiya şikayəti verməyi planlaşdırır, lakin bu mərhələdə gələcəyi qeyri-müəyyən olaraq qalır.
“Lion” son illərdə uğursuz çıxış və maliyyə böhranı ilə gündəmdə idi. Bu qərar Fransa futbolu üçün əsl zəlzələ sayıla bilər.
📰: Fabrizio Romano; Goal
© Copyright 2026, All Rights Reserved