"Liverpul" mövsümün ilk transferini reallaşdırdı

İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünü çempion kimi tamamlayan "Liverpul" yeni mövsüm üçün transfer çalışmalarına start verib.
90plus.az xəbər verir ki, Mersisayd təmsilçisi yay fasiləsində ilk transferini rəsmən açıqlayıb. Klubun rəsmi saytında yer alan məlumata görə, son olaraq Almaniyanın "Bayer Leverkuzen" komandasında çıxış edən Jeremi Frimponqun keçidi rəsmiləşib.
24 yaşlı niderlandlı müdafiəçi 35 milyon avro qarşılığında "Liverpul"la müqavilə imzalayıb. O, klubun saytına açıqlamasında bunları deyib:
“Bu keçid çox sadə baş tutdu. 'Liverpul' mənimlə maraqlandıqlarını bildirdikdə, qərarımı verdim. Artıq bu klubun uğurları üçün oynayacağam. Daha nə deyə bilərəm ki?”
Frimponqun göstəriciləri
Jeremi Frimponq geridə qalan mövsümdə "Bayer Leverkuzen" formasında 48 rəsmi oyunda iştirak edib. O, bu qarşılaşmalarda 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved