Luis Enrike məğlubiyyət haqda: “Belə müdafiə görməmişdik”
PSJ-nin baş məşqçisi Luis Enrike “Botafoqo” məğlubiyyəti ilə bağlı açıqlamalar verib: “Bizə qarşı oynamaq rəqiblərə əlavə motivasiya verir”.
90plus.az xəbər verir ki, “Paris Sen-Jermen”in baş məşqçisi Luis Enrike Klubların Dünya Çempionatında “Botafoqo”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra braziliyalıların müdafiə oyununun yüksək səviyyədə olduğunu vurğulayıb və onların Avropanın ən yaxşı komandaları ilə müqayisə oluna biləcəyini bildirib:
“Bu mövsüm həm liqada, həm də Çempionlar Liqasında bizə qarşı ən yaxşı müdafiə quran komanda “Botafoqo” oldu. Adətən daha çox qol vəziyyəti yaradırıq, amma bu dəfə alınmadı. Rəqibin dərin blokla müdafiə etdiyini bilirik, belə oyunlar həmişə çətindir. Onları təbrik edirəm.
Əhval-ruhiyyə baxımından komandam çox yaxşı idi. Nəticə hər şeyi silməməlidir. Yaxşı etdiklərimizə baxmalıyıq və nələri inkişaf etdirə biləcəyimizi müəyyənləşdirməliyik.”
Yenilgidən sonra Luis Enrike məyusluğunu gizlətməyib və rəqiblərin onlara qarşı xüsusi həvəslə oynadığını qeyd edib:
“Nəticədən açıq şəkildə narazıyıq. Bu, çox gərgin oyun idi. “Botafoqo” demək olar ki, nə Liqa 1-də, nə də Çempionlar Liqasında rastlaşmadığımız səviyyədə müdafiə etdi.
Oyun əvvəldən sonadək çətin keçdi və bu, tamamilə normaldır. Bizə qarşı oynamaq rəqiblər üçün əlavə motivasiyadır.
Daha yaxşı olmalıyıq. Həftə əvvəlindən bəri komandaya verdiyimiz mesaj budur. Bu cür matçların çətin keçməsi normaldır.”
© Copyright 2026, All Rights Reserved