Luis Suares Messi ilə birgə yeni klub yaratdı
Luis Suares Uruqvayda yeni klub qurduğunu açıqlayıb – "Deportivo LSM". Amma əsl sürpriz onun Lionel Messini də bu layihəyə cəlb etməsidir.
90plus.az xəbər verir ki, Messi bu kluba futbolçu kimi deyil, səfir və ya şərik kimi qoşulacaq. Onun əsas məqsədi dostu Suaresə klub sahibliyi sahəsində dəstək olmaqdır.
Hər iki ulduz “Barselona”da illərlə bir yerdə oynayıb və bir çox titul qazanıblar. Hazırda isə karyeralarının son mərhələsində “İnter Mayami” klubunda birlikdə çıxış edirlər.
Suaresin yeni klubu "Deportivo LSM" Uruqvay futbolunun dördüncü divizionunda mübarizəyə başlayacaq.
© Copyright 2026, All Rights Reserved