Aleksandr Lakazett 8 il sonra klubdan ayrılır
Fransa təmsilçisi "Lyon"un təcrübəli hücumçusu Aleksandr Lakazett mövsümün sonunda komandadan ayrılacaq.
90plus.az xəbər verir ki, klubun baş məşqçisi Paulo Fonsekanın açıqlamasına əsasən, 33 yaşlı futbolçu üçün bu, "Lyon" forması ilə son mövsüm olacaq.
2017-ci ildə 53 milyon avro qarşılığında "Arsenal"a transfer olunan Lakazett 2022-ci ildə doğma klubu "Lyon"a geri dönmüşdü. Lakin hücumçunun 30 iyun tarixində başa çatacaq müqaviləsi yenilənməyəcək.
Baş məşqçi Fonseka Lakazett haqqında bunları bildirib:
"Bu gün Alekslə danışdım. Onun buradakı son oyunu olacaq. Bu komanda üçün əlavə motivasiyadır. Klub üçün möhtəşəm işlər gördü, əla bir peşəkar oldu və onunla işləməyi çox sevdim. O, gözəl bir vida oyununu haqq edir."
© Copyright 2026, All Rights Reserved