Mahir qol vura bilmədi, komandası məğlub oldu
Bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" klubu Almaniyanın 2-ci Bundesliqasında 32-ci tur qarşılaşmasına çıxıb.
90plus.az xəbər verir ki, Miroslav Kloze rəhbərliyindəki komanda öz stadionunda "Elversberq"i qəbul edib.
Mahir Emreli start heyətində meydana çıxıb və oyunun sonuna qədər oynayıb. Son 3 turda 4 dəfə rəqib qapısına yol tapan Emrelinin bu ardıcıl qol seriyası bu görüşdə qırılıb.
"Nürnberq" 44-cü dəqiqədə Janis Antistenin qolu ilə hesabı açsa da, ikinci hissədə 3 top buraxaraq məğlub olub – 1:3.
Beləliklə, "Nürnberq" ard-arda 3-cü dəfə meydanı xalsız tərk edib. Komanda hazırda 32 oyundan topladığı 45 xalla turnir cədvəlində 10-cu sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved