Makron “PSJ-Bayern” matçına təxmin söylədi
Makron “PSJ” – “Bayern Münhen” matçı ilə bağlı proqnoz verdi.
90plus.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “PSJ” – “Bayern Münhen” oyunu ilə bağlı fikirlərini bölüşüb.
Fransa lideri açıqlamasında maraqlı məqama toxunub:
“ Mən “Marsel” azarkeşiyəm, lakin bu axşam PSJ oynayır. Buna görə də PSJ-ni dəstəkləyəcəyəm. Düşünürəm ki, onlar 3:1 hesabı ilə qalib gələcəklər”.
Qeyd: "Paris Sen-Jermen" bu gün UEFA Çempionlar Liqasının yarımfinalında Almaniyanın "Bayern Mnhen" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved