"Man Siti" həmşəhərlilərini geridə qoydu
"Mançester Siti" dünənki qələbə ilə tarixə keçdi.
90plus.az xəbər verir ki, dünən Çempionlar Liqasında "Sparta Praqa" ilə qarşılaşan ”Man Siti” hazırda Çempionlar Liqası tarixinin ən uzun məğlubiyyətsiz seriyasına sahibdir: Düz 26 oyundur məğlub olmurlar.
Əvvəlki rekord "Mançester Yunayted"ə məxsus olub. "Qırmızı şeytanlar" Aleks Ferqyusonun baş məşqçi olduğu vaxtda ardıcıl 25 matçda yenilməyib.
Qeyd: "Mançester Siti" dünən "Sparta Praqa"nı 5-0 hesabı ilə məğlub edib.
© Copyright 2026, All Rights Reserved