“Man Yunayted”in gündəmində Harri Keyn var
“Mançester Yunayted” Harri Keyni izləyir – transfer ehtimalı gündəmdə!
90plus.az xəbər verir ki, “Mançester Yunayted” yay transfer pəncərəsi üçün Harri Keyn variantını nəzərdən keçirir.
Football Insider-ə görə, hazırda "Bayern Münhen" formasını geyinən hücumçu mövsümün sonunda klubla yeni müqavilə danışıqlarına başlayacaq. “Mançester Yunayted” isə bu prosesdə yarana biləcək hər hansı problemi diqqətlə izləyir və vəziyyətdən yararlanmağa hazırdır.
Buna baxmayaraq, Münhen təmsilçisi daxilində sakitlik hökm sürür. Klub rəhbərliyi Keynin yeni müqavilə imzalayacağına inanır və bu məsələdə narahatlıq keçirmir.
Qeyd olunur ki, “qırmızı şeytanlar” üçün hücumçu transferi hazırda əsas prioritet deyil. Lakin Harri Keyn kimi səviyyəli futbolçunun transferi mümkün olarsa, klub bu fürsəti qaçırmaq niyyətində deyil.
© Copyright 2026, All Rights Reserved