"Mançester Yunayted" tarixində bir ilk
“Mançester Yunayted” tarixində ilk dəfə bu qədər gənc heyətlə oyuna başlayıb.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 35-ci turunda “Brentford”la səfər qarşılaşmasına çıxan “Mançester Yunayted” klub tarixində ən gənc əsas heyətlə meydana çıxıb.
“Qırmızı şeytanlar”ın start heyətində yer alan futbolçuların yaş ortalaması 22 il 270 gün təşkil edib.
Komandanın ilk onbirliyi aşağıdakı oyunçulardan ibarət olub: Altay Bayındır, Matteys de Liqt, Lyuk Şou, Tayler Fredrikson, Patrik Dorqu, Manuel Uqarte, Kobbi Meynu, Harri Amass, Meyson Maunt, Alexandro Qarnaço və Çido Obi.
© Copyright 2026, All Rights Reserved