"Mançester Yunayted"dən dramatik məğlubiyyət
İngiltərə Premyer Liqasının 35-ci turunda "Mançester Yunayted" səfərdə "Brentford" klubuna 4:3 hesabı ilə məğlub olub. Qarşılaşmaya Türkiyə millisinin qapıçısı Altay Bayındır start heyətində başlayıb.
90plus.az xəbər verir ki, "Qırmızı şeytanlar" oyuna yaxşı start verərək 14-cü dəqiqədə Meyson Mountun qolu ilə hesabda önə keçib. Lakin "Brentford" ardıcıl 4 qol vuraraq oyunda üstünlüyü ələ alıb.
27-ci dəqiqədə Lyuk Şounun avtoqolu hesabı bərabərləşdirib. 33-cü dəqiqədə isə Şade fərqlənərək "Brentford"u önə keçirib və ev sahibi komanda ilk hissəni 2:1 hesablı üstünlüklə başa vurub.
70-ci dəqiqədə Şade ikinci dəfə rəqib qapısına yol taparaq hesabı 3:1 edib. 74-cü dəqiqədə Vissa ilə fərq üç topa çatıb – 4:1.
"Mançester Yunayted" son dəqiqələrdə hücuma keçərək 82-ci dəqiqədə Qarnaço, 90+5-ci dəqiqədə isə Diallonun qolları ilə hesabı 4:3-ə gətirsə də, bu xallar üçün kifayət etməyib.
Bu nəticə ilə "Brentford" ardıcıl üçüncü qələbəsini qazanaraq xallarının sayını 52-yə çatdırıb. "Mançester Yunayted" isə mövsümdə 16-cı dəfə məğlub olaraq 39 xalda qalıb.
© Copyright 2026, All Rights Reserved