Maykl Karrikin əsas rəqibi odur
“Mançester Yunayted”də baş məşqçi yarışı: İraola – Karrikin əsas rəqibidir.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" klubunda baş məşqçi postu uğrunda mübarizə davam edir. İngiltərə mətbuatının yaydığı məlumata görə, bu vəzifə üçün əsas namizədlərdən biri kimi Andoni Iraola ön plana çıxıb.
İspan mütəxəssis hazırda klub daxilində yüksək qiymətləndirilir və o, bu post uğrunda Maykl Karrikə əsas rəqib hesab olunur - The Telegraph.
Qeyd: Karrik mövsüm ərzində komandanı uğurla idarə edərək “Mançester Yunayted”i Çempionlar Liqasına vəsiqədən cəmi iki xal uzaqda saxlayıb. Bu performans onun klub daxilində mövqeyini gücləndirib.
Hazırda Karrik həm futbolçular, həm də məşqçi heyəti tərəfindən dəstəklənir və “Karrinqton” bazasında onun daimi baş məşqçi təyin olunması üçün müsbət rəy formalaşıb.
Buna baxmayaraq, klub rəhbərliyi qərar verməyə tələsmir və bütün variantları diqqətlə dəyərləndirir.
© Copyright 2026, All Rights Reserved