Mbappe azarkeşə: “Bir də belə eləmə”
Kilian Mbappe sosial şəbəkədə paylaşım barədə şərh yazıb və azarkeş qalmaqalı yaşanıb.
90plus.az xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe sosial şəbəkədə yayılan bir fotoya qısa, lakin diqqətçəkən şərh yazıb:
🗣️ “Bir də belə eləmə.”
Son günlər sosial mediada Kilian Mbappenin “Real Madrid”də “diktator” kimi təsvir olunduğu memlər geniş yayılıb. Bu məzmunlar azarkeşlər arasında müzakirələrə səbəb olub.
"Real Madrid" stadionunda keçirilən son oyunda isə vəziyyət daha da diqqət çəkib. Bir azarkeş tribunada Kilian Mbappenin “diktator” obrazında hazırlanmış fotosunu qaldırıb.
Bütün bu qalmaqallara baxmayaraq, Kilian Mbappe meydanda yüksək performansını davam etdirir. O, son oyunda da fərqlənərək bu mövsüm ümumilikdə 40 oyunda 41 qol həddinə çatıb.
Fransız hücumçu hazırda həm La Liqada, həm də UEFA Çempionlar Liqası-də bombardirlər siyahısına başçılıq edir.
© Copyright 2026, All Rights Reserved