Mbappe: "Messini görəndə çox əsəbləşdim"
"Real"In hücumçusu Kilian Mbappe DÇ-2022 finalından sonra PSJ-də Lionel Messi ilə ilk görüşü haqda danışıb.
90plus.az xəbər verir ki, o, mundialın həlledici matçında məğlubiyyətdən sonra argentinalı komanda yoldaşını görəndə qəzəbləndiyini etiraf edib:
“Parisə qayıtdıqdan sonra onu görəndə qəzəbləndim, amma siz ona hörmət etməlisiniz. Çünki o Messidir. O və mən birlikdə gülərək buzları əritdik. Çünki bu döyüşdə bütün gücümüzü vermişdik. Finalla bağlı xatirələrimizi saxladıq. Düşünürəm ki, bu final bizi daha da yaxınlaşdırdı”.
Qeyd: Fransa finalda Argentinaya uduzub - 3:3, pen-2:4. Mbappe bu görüşdə 3 qol vurub, Messi isə dubla imza atıb.
© Copyright 2026, All Rights Reserved