Meksika ulduzunun bacısı öldürüldü!
Vaxtilə Almaniyanın “Frankfurt” və İtaliyanın “Fiorentina” klublarında çıxış edən meksikalı müdafiəçi Karlos Salsedo acı xəbərlə sarsılıb.
90plus.az xəbər verir ki, kariyerasına ölkəsinin "Cruz Azul" klubunda davam edən futbolçunun aparıcı olan bacısı Paola Salsedo uşağı yanında olarkən silahlı hücuma məruz qalıb.
Dərhal xəstəxanaya çatdırılan Paola Salsedo xəstəxanaya çatdıqdan sonra dünyasını dəyişib. Polis hadisə ilə bağlı araşdırma apararkən, silahlı hücumun birbaşa Paola Salsedoya edildiyi öyrənilib.
Karlos Salsedonun çıxış etdiyi "Cruz Azul" klubu rəsmi sosial media hesablarında edilən paylaşımda oyunçuya başsağlığı verib: "Oyunçumuz Karlos Salsedonun bacısı Paola Salsedonun həssas vəfatından kədərlənirik. Başsağlığı veririk".
© Copyright 2026, All Rights Reserved