Messi aşağı dəstədəki yeni klubuna dəstək paylaşdı
Messi yeni klubunu yaxından izləyir – “UE Korneliya” diqqət mərkəzində!
90plus.az xəbər verir ki, Lionel Messi sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib. Argentinalı ulduz “Instagram” hesabında paylaşdığı hekayədə bu yaxınlarda sahib olduğu komandanın oyununu izlədiyini göstərib.
Söhbət "Korneliya" klubundan gedir. İspaniyanın aşağı liqalarında çıxış edən bu komanda hazırda ölkə futbolunun beşinci divizionunda mübarizə aparır.
Messinin belə bir səviyyədə çıxış edən komandaya maraq göstərməsi və onu yaxından izləməsi futbol ictimaiyyətində müsbət qarşılanıb. Bu addım argentinalı futbolçunun klubuna ciddi yanaşdığını və onun inkişafını diqqətdə saxladığını göstərir.
© Copyright 2026, All Rights Reserved