Messi məşqlərə geri dönür?
Messinin məşqlərə dönəcəyini baş məşqçisi açıqladı.
90plus.az xəbər verir ki, Lionel Messinin Kopa Amerika finalında yaşadığı zədədən bəri yaşıl meydanlardan uzaq qalmasından sonra mühüm bir hadisə baş verdi.
"Inter Miami" baş məşqçisi Gerardo Martino, dünya şöhrətli futbolçunun zədədən qayıtmasına çox az bir müddət qaldığını bildirib.
61 yaşlı baş məşqçi Lionel Messinin məşqlərə geri döndüyü xəbərini verərək, "Hazırda yaxşı vəziyyətdədir. Yenidən məşqlərə başlayıb. Şənbə günü oynanacaq oyun üçün onu nəzərdə tuturuq. Bu günkü məşqdən sonra strategiyamızı müəyyənləşdirəcəyik, amma hazırdır" dedi.
37 yaşlı təcrübəli ulduz bu mövsüm komandası ilə MLS-də çıxdığı 12 oyunda 12 qol vurub və 9 assist edib.
© Copyright 2026, All Rights Reserved