Messi özünə klub axtarır
Lionel Messi “İnter Mayami”dən ayrılacaq – Yeni klub axtarışındadır.
90plus.az xəbər verir ki, “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messinin yaxın gələcəkdə ABŞ klubundan ayrıla biləcəyi iddia olunur.
ESPN jurnalisti Esteban Edulun verdiyi məlumata görə, argentinalı superulduzun “İnter Mayami” ilə yeni müqavilə danışıqları dayanıb. 38 yaşlı Messi hazırkı müqaviləsinin müddətini bu ilin sonunda başa vuracaq.
Jurnalist bildirib ki, Messi və ailəsi bu məsələ ilə bağlı onunla söhbət ediblər və futbolçunun karyerasının növbəti addımı hələlik naməlumdur. Esteban Edul deyib:
“Messi və ailəsi bu barədə mənimlə danışıb. “İnter Mayami” ilə yeni müqavilə danışıqları dayanıb. O, hara gedə bilər? Ağlıma ilk olaraq “Nyuelz Old Boys” və “Barselona” gəlir.”
Messinin 2026-cı il Dünya Çempionatına daha yaxşı hazırlaşmaq üçün müqaviləsi bitdikdən sonra 5 aylıq daha güclü bir liqada çıxış etməyi planlaşdırdığı bildirilir.
Hazırda Lionel Messi “İnter Mayami”nin heyətində ABŞ MLS çempionatında çıxış edir və Amerikanın ən böyük futbol simalarından biri hesab olunur. Lakin gələn ilin yayında baş tutacaq dünya çempionatı öncəsi onun qısa müddətlik Avropa və ya Argentina futboluna qayıtması ehtimalı gündəmə gəlib.
© Copyright 2026, All Rights Reserved