Messi: “PSJ-də xoşbəxt deyildim”
“İnter Mayami”nin hücumçusu Lionel Messi 2021–2023-cü illər arasında PSJ-də keçirdiyi iki çətin ildən danışıb.
90plus.az xəbər verir ki, Klubların Dünya Çempionatının 1/8 finalında PSJ-yə 0:4 uduzaraq mübarizəni dayandıran "İnter Mayami"nin ulduzu Messi Fransadakı dövrünü belə xatırlayıb:
“O iki ili sevinc içində keçirmədim; gündəlik həyatımda xoşbəxt deyildim. Bu, mənim vaxtım deyildi. Nə məşqlərdən, nə də oyunlardan zövq alırdım. Adaptasiya çox çətin oldu,” – deyə Messi bildirib.
“Başlanğıcda qarşılanma isti idi, amma sonra bəzi azarkeşlər mənə fərqli yanaşmağa başladılar. Eynisi Mbappe və Neymarla da olmuşdu. Onların üslubu budur. Mən belə olmasını istəmirdim, amma nəticə bu oldu,” – deyə argentinalı ulduz əlavə edib.
Qeyd: Dembele PSJ 4-0 İnter Mayami oyunundan sonra sabiq komanda yoldaşı Messidən hər şeyi alıb:
© Copyright 2026, All Rights Reserved