Messi yenə böyük oynadı - 2 qol, 1 assist
90plus.az xəbər verir ki, karyerasını ABŞ-ın MLS çempionatında çıxış edən "İnter Mayami" klubunda davam etdirən argentinalı futbol əfsanəsi Lionel Messi möhtəşəm çıxışları ilə azarkeşləri heyran etməyə davam edir.
38 yaşlı ulduz futbolçu, komandasının "DC Yunayted" üzərində 3:2 hesablı qələbə qazandığı oyunda əsas fiqurlardan biri olub.
Messi komandasının ikinci və üçüncü qollarına imza atmaqla yanaşı, bir məhsuldar ötürmə də verərək gecənin ən parlaq oyunçusu seçilib. Xüsusilə uzaq məsafədən vurduğu ikinci qol stadiondakı azarkeşlər və izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Bu mövsüm MLS-də 22 oyuna çıxan Messi 22 qol vurmaqla yanaşı, 10 məhsuldar ötürmə də həyata keçirib. Təcrübəli futbolçunun bu performansı onun hələ də yüksək səviyyədə olduğunu göstərir.
© Copyright 2026, All Rights Reserved