Messidən rekord: Bunu edən ən gənc futbolçu oldu
"İnter Mayami"nin hücumçusu Lionel Messi "Los-Anceles"lə keçirilən oyunda (3:1) fərqlənib.
90plus.az xəbər verir ki, "Goal"ın məlumatına görə, 38 yaşlı argentinalı karyerasında 875-ci qolunu vurub.
Messi bu nailiyyətə 1116 görüşdə imza atıb. Bununla da "İnter Mayami"nin forvardı 875 qola çatan ən gənc futbolçu kimi tarixə düşüb.
Xatırlatma: Messi 2023-cü ilin yayında MLS klubuna qoşulub. O, "İnter Mayami"nin heyətində bütün yarışlarda 71 dəfə meydana çıxıb, 59 dəfə qol sevinci yaşayıb və 29 məhsuldar ötürmə edib. Argentinalı ulduz daha öncə PSJ və "Barselona"nın formasını geyinib.
© Copyright 2026, All Rights Reserved