Militao əməliyyatdan sonra açıqlama paylaşdı
Eder Militaodan əməliyyatdan sonra açıqlama gəldi.
90plus.az xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Eder Militao əməliyyatdan sonra azarkeşlərə müraciət edib.
Braziliyalı futbolçu sosial şəbəkə hesabında paylaşdığı mesajda maksimum formada olmaq üçün gördüyü işlərdən danışıb və hazırkı vəziyyətdə bədəninə diqqət yetirməyin vacibliyini vurğulayıb:
“Məni tanıyan hər kəs bilir ki, maksimum fiziki formada olmaq üçün nə qədər çalışmışam və hər şeyimi vermişəm. Amma təəssüf ki, həm ‘Real Madrid’, həm də milli komandada özümə tam inamla oynaya bilmək üçün bədənimin qayğısına qalmalıyam.
Mənə sevgi və dəstək mesajları göndərən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Həmçinin yanımda olanlara — ailəmə, övladlarıma, həyat yoldaşıma — bilin ki, mübarizə davam edir. Çünki ən yaxşısı hələ qabaqdadır.”
Qeyd: Eder Militao sol budunun arxa əzələsindən zədə aldığı üçün Finlandiyada əməliyyat olunub. Bu zədə səbəbindən müdafiəçi yayda keçiriləcək Dünya Çempionatını buraxacaq.
© Copyright 2026, All Rights Reserved