Millimizin üzvü PSV-ə qarşı oynadı, komandası qalib gəldi
Niderlandın Erediviziya çempionatında mövsümün 23-cü turuna start verilib.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi “Volendam” turnir cədvəlinin lideri PSV ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Kökçü oyuna əsas heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib.
“Volendam” hazırda 24 xalla 14-cü sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved