"Mən həmişə "Real"da olmaq istəyirdim" Endrik
“Real Madrid” klubu bu gün braziliyalı hücumçu Endriki təqdim edib.
90plus.az xəbər verir ki, təqdimat zamanı Endrik çox xoşbəxt olduğunu söyləyib:
“Bu gün “Santyaqo Bernabeu”ya gələn hər kəsə təşəkkür etmək istəyirəm. Bu qədər insan görəcəyimi gözləmirdim. Buradakı azarkeşlər inanılmazdır. Mən çox xoşbəxtəm, çünki uşaqlıqdan “Real” azarkeşi olmuşam. İndi də bu klubda oynayacam. Çox xoşbəxtəm, hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Mən həmişə burada olmaq istəyirdim”.
Mənbə: Xarici KİV
© Copyright 2026, All Rights Reserved