"Mənim üçün Avro-2024-ün qalibi Gürcüstandır" Villi Sanyol
Avro-2024-ün 1/8 finalında İspaniya-Gürcüstan matçı öncəsi Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol açıqlamasında "Məncə, çətinliklər olmadan böyük uğurlar əldə edə bilməzsiniz. Bu, bizim yolumuzun bir parçasıdır. İspaniya komandasını çox yaxşı tanıyırıq. Son 3 ildə onlarla 4 dəfə qarşılaşmışıq. Bu 4 oyunun hamısında uduzmuşuq, amma sabahkı matç fərqlidir. İspaniyaya qarşı oynayanda hər mövqedə təhlükə ilə üzləşə bilərsiniz. Onların bütün futbolçuları çox istedadlıdırlar və yüksək səviyyəli çempionatlarda oynayırlar. Futbolçularımın son 3 həftədə etdiklərinə görə çox xoşbəxtəm. Sabah xüsusi bir oyuna çıxacağıq. Məncə, bu görüşü böyük inamla keçirəcəyik. Çünki itirəcək heç nəyimiz yoxdur. Mənim üçün onsuz da Avro-2024-ün qalibiyik. Təkrar meydanda olacağım və böyük bir stadionda Gürcüstan himnini eşidəcəyim üçün çox xoşbəxtəm" - deyə qeyd edib.
ƏLAVƏ: İspanların baş məşqçisi De la Fuente: "Sabahkı matç seçmə mərhələdə oynadığımız iki matçdan tamamilə fərqli olacaq. Sabah hər hansı bir səhv ağır şəkildə cəzalandırılacaq. Rəqibimizə böyük hörmət bəsləməliyik. Onlar Portuqaliyanı 2-0 məğlub etdilər. Bu da onların çox təhlükəli bir komanda olduğunu göstərir" - deyə bildirib.
QEYD: İspaniya - Gürcüstan matçı bu gün saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved