Montella: "Heyəti seçərkən çətinlik çəkdim"
Türkiyə Milli Komandasının baş məşqçisi Vinçenzo MontellaUEFA Millətlər B Liqası 4-cü qrupda Monteneqronu 1-0 hesabı ilə məğlub etdiyimiz oyundan sonra açıqlamalar verdi.
90plus.az xəbər verir ki, Vinçenzo Montellanın oyun sonrası açıqlaması bu şəkildədir:
"Bizim üçün yetkinlik testi oldu. İlk yarıda qol vura bilərdik, amma vurmadıq. Yetkinlik testindən keçəndə qolu vurduq və ondan sonra qol buraxmadıq. 29 dəfə qapıya zərbə vurduq, bu bir rekorddur. Komandanı bəyəndim. Millətlər B Liqasında ən gənc komandayıq. Oyundan əvvəlki iclasımızda tələskən olmamalı olduğumuzu izah edən bir iclas keçirdim. 70-ci dəqiqədən sonra belə oyunlar fərqli bir oyuna çevrilir. Yaxşı oynadıq. Çox məmnunam."
"11-İ SEÇƏRKƏN ÇOX ÇƏTİNLİK ÇƏKDİM"
İtaliyalı baş məşqçi Vinçenso Montella Monteneqro oyununun ardından keçirilən mətbuat konfransında heyətin keyfiyyətinin hər keçən gün artdığını dedi.
Montella mətbuat konfransında bu sözləri söylədi:
"Mərkəzdə keyfiyyəti artıra bilərik, amma mövqe almağı da daha yaxşı edə bilərik. Cərimə sahəsində mövqeləri daha yaxşı seçə bilərdik. Bunu da qeyd etmək lazımdır ki, heyətimizin keyfiyyəti hər keçən gün artır. Bu gün 11-i seçərkən çox çətinlik çəkdim. Keyfiyyətimiz yüksəldikcə mən də ilk 11-i seçərkən çətinlik çəkəcəyəm.
Möhtəşəm bir atmosfer var idi. Oyun başlamadan əvvəl azarkeşlər dəstəkləməyə başladılar, oyunun son dəqiqəsinə qədər hamını arxamızda hiss etdik, bu qələbəni onlar üçün qazandığımıza görə çox xoşbəxtəm."
© Copyright 2026, All Rights Reserved