Məşqçi terrorçuluqda ittiham olunub
Əlişir İsmatzoda terrorçuluqda ittiham olunub. O, Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisidir.
90plus.az xəbər verir ki, Moskvanın Şerbinski Rayon Məhkəməsi təqsirləndirilən məşqçi barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır.
İsmətzodanın Suriyada hərbi əməliyyatlarda iştirak edən və eyni zamanda Tacikistanda terrorizmə görə mühakimə olunan qohumu olduğu bildirilir. Əlavə olaraq, məşqçinin evində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.
Məşqçi Əlişir İsmatzoda terrorçuluq fəaliyyətinə sövq etmək və cəlb etməkdə şübhəli bilinərək saxlanılıb.
Mənbə: TASS
© Copyright 2026, All Rights Reserved