"Nə vaxtsa, bu seriya qırılmalı idi" - Rasim Ramaldanov
"Araz"ın baş məşqçisi Rasim Ramaldanov "Kəpəz"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
90plus.az xəbər verir ki, o, "Araz"la matçı dəyərləndirib:
"Azər Bağırova və "Kəpəz"ə uğurlar arzulayıram. Çətin oyun olacağını gözləyirdik. "Kəpəz" neçə turdur ki, uduzurdu. Nə vaxtsa, bu seriya qırılmalı idi. Uşaqlar sağolsunlar, hamısı sona qədər oynadılar. Birinci hissədə diqtə edirdik, yaxşı hücumlar qurduq, son nöqtəni qoya bilmirdik. Bəxtsizlik var idi. İkinci hissədə eyni başladıq. Dəyişikliklərdən sonra qol vurduq. Qalib gəldik".
Qeyd: "Araz" "Kəpəz" üzərində minimal hesablı qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved