"Neftçi"-"Əl-Oruba" oyunu ləğv edildi
Ərzurumda təlim-məşq toplanışında olan “Neftçi” klubunun Səudiyyə Ərəbistanı təmsilçisi olan "Əl-Oruba" ilə yoxlama matçı ləğv edilib.
90plus.az xəbər verir ki, qarşılaşmanın ləğv edilməsinə rəqibin matçdan imtina etməsi səbəb olub.
Əvəzində “Neftçi” ikitərəfli oyun keçirəcək.
Qeyd: "Neftçi" daha öncə “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə yoxlama oyununda qarşılaşıb. Klub toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.
Mənbə: "Neftçi" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved