Neymar: "Azarkeşlərin bizi təhqir etməsi normaldır"
"Santos"un kapitanı Neymar Braziliya çempionatının 20-ci turunda "Vasko da Qama"ya 0:6 hesabı ilə uduzduqları oyundan sonra yaşananlarla bağlı utanc hissi keçirdiyini etiraf edib.
90plus.az xəbər verir ki, ulduz futbolçu "Daily Mail"ə açıqlamasında azarkeşlərin onları sərt tənqid etməyə haqlı olduğunu bildirib:
"Çox utanıram. Oyunumuzdan tamamilə məyus oldum. Azarkeşlərin qəzəblənməsi normaldır. Onların bizi söyməyə, təhqir etməyə haqqı var. Həqiqətən çox pis hiss edirəm. Həyatımda belə bir hal yaşamamışdım".
Neymar həmçinin göz yaşlarına səbəbi də açıqlayıb:
"Göz yaşlarım həm qəzəbdən, həm də ümumi vəziyyətdən idi. Təəssüf ki, hər şeyə təkbaşına təsir edə bilmirəm. Açığı, bu tam fəlakətdir. Gerçəklik budur".
Qeyd: 33 yaşlı forvard 11 il yarımdan sonra qayıtdığı "Santos"da ümumilikdə 250-ci oyununa çıxıb. Neymar karyerasında ilk dəfə bu qədər ağır məğlubiyyət yaşayıb.
© Copyright 2026, All Rights Reserved