Neymar daha 6 ay “Santos”da: “Burada kişi oldum”
Braziliyalı hücumçu Neymar “Santos” klubu ilə müqaviləsini uzadıb. Bu barədə klub rəsmi açıqlama yayıb.
90plus.az xəbər verir ki, müqavilənin müddəti 6 aydır və ilin sonunadək qüvvədə olacaq. Müqavilə müddəti başa çatdıqdan sonra Neymarla yeni anlaşma imzalanması da mümkündür.
“Mən bir qərar verdim və ürəyimi dinlədim. “Santos” sadəcə komandam deyil, eyni zamanda evim, köklərim, tarixim və həyatımdır. Burada böyüdüm, burada kişi oldum. Burada həqiqətən sevilirəm. Burada özüm ola bilirəm və gerçəkdən xoşbəxtəm”, – deyə Neymar bəyanatında bildirib.
Qeyd: Neymar bu ilin yanvarında “Santos”a qayıtdıqdan sonra cəmi 4 Braziliya çempionatı matçında iştirak edə bilib. Buna səbəb bud nahiyəsindən aldığı zədə və bu ayın əvvəlində COVID-19 testinin pozitiv çıxması olub.
Hazırda “Santos” Braziliya A Seriyasında turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved