Neymar: “Karyeramı bitirə bilərəm”
Neymar gələcəyi ilə bağlı qeyri-müəyyən danışdı: “Karyeramı bitirə bilərəm”.
90plus.az xəbər verir ki, braziliyalı ulduz futbolçu Neymar gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Təcrübəli hücumçu bildirib ki, karyerasının növbəti mərhələsi barədə konkret planı yoxdur:
“Bundan sonra nə olacağını bilmirəm, gələn il barədə də heç nə bilmirəm.
Ola bilər ki, dekabr gəlsin və mən karyeramı bitirmək istəyim. Bilmirəm… bu, ürəyimdən gələcək.”
Onun bu sözləri futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Uzun illər Avropa və dünya futbolunun ən parlaq simalarından biri olan Neymarın mümkün erkən vida qərarı azarkeşləri narahat edib.
Hazırda futbolçunun hansı klubda çıxışını davam etdirəcəyi və ya ümumiyyətlə peşəkar karyerasını nə vaxtadək sürdürəcəyi ilə bağlı rəsmi qərar yoxdur. Braziliyalı ulduzun gələcək taleyinə yaxın aylarda aydınlıq gələcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved