Neymar "Santos"u soyub-soğana çevirir
Neymarın "Santos"la müqaviləsinin şərtləri olduqca xərc tələb edir. Belə ki,
"Santos" illik büdcəsinin 25 faizini Neymara xərcləyir.
90plus.az xəbər verir ki, 33 yaşlı hücumçu ayda 3.3 milyon avro qazanır.
Neymar öz adının olduğu köynəklərin satışından əldə olunan gəlirin 75 faizinə sahib çıxır. Forvard üçün stadionda 3 VİP loja ayrılıb. Oyunçuya, ailəsinə və dostlarına təyyarələrdə uçuşlar, eləcə də məşhur otellərdə yerləşmək haqqı ödənilir.
© Copyright 2026, All Rights Reserved