Noyer: "Bizim üçün rəqibin fərqi yoxdur, "Bayer" olsa, belə"
"Bavariya"nın kapitanı Manuel Noyer yeni baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında komandada olan dəyişiklikləri qeyd edib.
90plus.az xəbər verir ki, Noyer fikirlərini belə ifadə edib:
“Biz özünəinam qazandıq və kiminlə oynamağımızın fərqi yoxdur, hətta "Bayer"lə oyun olsun. Öz oyun üslubumuza sadiq qalırıq və üstünlüyü əlimizdə saxlayırıq – əvvəllər belə deyildi. Kompani hər bir oyunçuya qorunduğu hissi verir və bu, həm meydanda, həm də münasibətlərdə nəzərə çarpır. Biz komanda kimi oynayırıq!”
Belçikalı 2024-cü il mayın 29-da Tomas Tuxelin yerinə "Bayern"in yeni baş məşqçisi təyin edolib.
"Bavariya" 5 turdan sonra 13 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Münhenlilər Çempionlar Liqasına da Zaqreb “Dinamo”su üzərində 9:2 hesablı qələbə ilə başlayıblar.
© Copyright 2026, All Rights Reserved