Noyer Buffonu ötüb-keçdi
Almaniya millisinin qapıçısı Manuel Noyer oyun sayına görə Avropa çempionatlarının tarixinə düşüb.
90plus.az xəbər verir ki, Noyer AVRO-2024-ün qrup mərhələsinin III turunun İsveçrə ilə görüşündə bu uğura imza atıb.
38 yaşlı dəri əlcək sahibi 18-ci dəfə Avropa çempionatı oyununa çıxıb. Bununla da, o, italiyalı qapıçı Canluici Buffonu geridə qoyub.
© Copyright 2026, All Rights Reserved