Olivye Jiru “Lill”ə gəlir
“Lill” Olivye Jiru transferində son mərhələyə yaxınlaşır.
90plus.az xəbər verir ki, Fransanın “Lill” klubu Olivye Jiru ilə danışıqlarda irəliləyiş əldə edib. Fransız hücumçunun transferi üzrə razılaşma son mərhələyə çatıb.
38 yaşlı forvard özü də bu keçidə müsbət yanaşır və Avropa futboluna qayıtmaq istəyir. Klub rəhbərliyi maliyyə baxımından razılığın əldə olunacağına inanır.
Hazırda tərəflər arasında 1 illik müqavilə və əlavə 1 il uzatma opsiyası üzərində müzakirələr aparılır.
Xatırlatma: Olivye Jiru son mövsümü ABŞ-ın “Los Anceles FK" klubunda keçirib və sərgilədiyi performansla hələ də yüksək səviyyədə oynamağa hazır olduğunu göstərib.
© Copyright 2026, All Rights Reserved