Orkun Kökçü baş məşqçi ilə dalaşıb
Orkun Kökçü ilə Bruno Laqe arasında gərgin anlar yaşanıb.
90plus.az xəbər verir ki, "Benfika"nın “Oklend Siti”yə 6:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada maraqlı anlar yaşanıb. Oyunda assistlə yadda qalan Orkun Kökçü cəmi 7 dəqiqə sonra əvəzlənməsinə sərt reaksiya göstərib. Futbolçu kənara alındıqdan sonra baş məşqçi Bruno Laqe ilə mübahisəyə girib. İkili qarşılıqlı şəkildə bir-birinə jest edərək emosional dialoq qurub.
Hadisə media və azarkeşlər arasında geniş müzakirəyə səbəb olsa da, oyundan sonra Bruno Laqe məsələni yumşaldıb. Baş məşqçi açıqlamasında aralarında hər hansı problem olmadığını və bu cür situasiyaların futbolda normal qəbul edildiyini bildirib.
Gərgin anlara baxmayaraq, "Benfika" turnirdə dominant oyun sərgiləyib və rahat qələbə ilə növbəti mərhələyə yüksəlib.
© Copyright 2026, All Rights Reserved