Osimhen “Barsa”ya doğru… Baş məşqçidən açıqlama!
Viktor Osimhen yay transfer dönəmində klubunu dəyişəcək – baş məşqçidən iddialı açıqlama!
90plus.az xəbər verir ki, Nigeriya millisinin baş məşqçisi Erik Şelle ulduz hücumçu Viktor Osimhenin yığmaya çağırılmamasının səbəblərini izah edib. Təcrübəli mütəxəssis 26 yaşlı futbolçunun yay transfer pəncərəsində komanda dəyişəcəyi üçün istirahətə buraxıldığını bildirib.
“Viltor mənim üçün dünyanın ən yaxşı mərkəz hücumçusudur. Transfer pəncərəsi açıq olan vaxt belə oyunçular 100 faiz fokuslana bilməz. Onu həm fiziki, həm də mental cəhətdən qorumağa çalışıram, çünki transfer olunacaq,” – deyə Şelle bildirib.
Məşqçinin sözlərinə görə, Osimhen “Mançester Yunayted”, “Barselona”, “Çelsi” və ya “Real Madrid” kimi nəhəng klublardan birinə keçə bilər:
“Bəlkə ‘Mançester Yunayted’, bəlkə də ‘Barselona’, ‘Çelsi’ və ya ‘Real Madrid’. Amma hər halda, o, klubunu dəyişəcək.”
Osimhen ötən mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edib və yüksək məhsuldarlığı ilə seçilib. Onun 75 milyon avroluq sərbəstqalma maddəsi bəzi klubları bu transferdən çəkindirə bilər. Xüsusilə, “Barselona” bu məbləği ödəməkdə çətinlik çəkə bilər.
Digər tərəfdən, “Mançester Yunayted” və “Çelsi” kimi İngiltərə nəhəngləri onun yüksək maaş tələblərinə görə başqa alternativlərə yönəlməkdədir. Bu isə Osimhenin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə razılığa gələ biləcəyi ehtimalını artırır.
© Copyright 2026, All Rights Reserved