Osimhen: “Mən Manedən ilham alıram”
Viktor Osimhen: “Afrikada əlilliyi olan insanlara dəstək olmaq istəyirəm”.
90plus.az xəbər verir ki, “Napoli”nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhen xeyriyyə fəaliyyəti ilə bağlı planlarından danışıb. 26 yaşlı futbolçu bu yolda ona ilham verən əsas şəxsin Sadio Mane olduğunu bildirib.
Osimhen Mane ilə məqsədlərinin fərqli olduğunu vurğulayıb:
“Sadio Mane Seneqal cəmiyyəti üçün infrastruktur qurur və bu, həqiqətən möhtəşəmdir. Mənim isə fərqli bir hədəfim var. Afrikada əlilliyi olan insanlara kömək etmək istəyirəm. Harada bacarıramsa, həmişə əlimdən gələni edəcəyəm.”
Nigeriyalı futbolçu hazırda bu məqsədlə Afrikada xüsusi bir mərkəzin yaradılması üzərində çalışdığını da açıqlayıb:
“Hazırda Afrikada baş qərargah açmaq üzərində işləyirəm ki, bu məqsədə daha sistemli şəkildə çata bilim.”
Osimhen layihəsinin əsas məqsədini belə izah edib:
“Əgər kimsənin ayağı yoxdursa, ona yeni ayaq düzəldəcəyik. Əgər qolu yoxdursa, yeni qol yaradacağıq. Onların hər kəslə bərabər olduqlarını hiss etmələrini istəyirik.”
Sonda hücumçu bu təşəbbüsün əsas ideyasını bir cümlə ilə ifadə edib:
“Biz Afrika üçün çalışırıq.”
© Copyright 2026, All Rights Reserved