Osimhen üçün “Real-Barsa” qarşıdurması gözlənilir
Viktor Osimhen üçün “Real Madrid”–“Barselona” rəqabəti yarana bilər.
90plus.az xəbər verir ki, transfer bazarında böyük səs-küy yarada biləcək yeni iddia ortaya çıxıb.
İspaniya mediasında yayılan məlumata görə, “Real Madrid” və “Barselona” nigeriyalı hücumçu Viktor Osimhen uğrunda mübarizəyə başlaya bilər.
Hazırda “Qalatasaray”da çıxış edən Viktor Osimhen ciddi zədədən sonra bərpa mərhələsində olsa da, yay transfer pəncərəsinin əsas adlarından biri kimi göstərilir.
Məlumata əsasən, potensial transferin dəyəri 100 milyon avronu keçə bilər. “Real Madrid” onu hücum xəttində əsas “nöqtə hücumçusu” kimi görür. Bu halda Kilian Mbappe və Vinisius Junior kimi futbolçuların daha çox öz təbii mövqelərində oynaya biləcəyi qeyd olunur.
“Barselona” tərəfi isə maliyyə çətinliklərinə baxmayaraq rəqabətə qoşulmaq üçün struktur dəyişikliklərinə getməli ola bilər. Bu isə klub daxilində bir sıra ulduz futbolçuların gələcəyini sual altına sala bilər.
Beləliklə, qarşıdan gələn yay transfer pəncərəsində Osimhen ətrafında “El Klasiko” rəqabətinin bu dəfə meydanda deyil, transfer bazarında yaşanması ehtimal olunur.
© Copyright 2026, All Rights Reserved